Bu günlərdə «Dini etiqad azadlığı haqda qanuna» dəyişikliklər edildi. Parlamentin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova deyib ki, nəzirlərə nəzarətlə bağlı qanuna müddəa əlavə edilib:
«Bu ayırmalar üzərində nəzarətin olması, bu maliyyə vəsaitinin hara getməsinə əlaqədar olaraq bu müddəa daxil edilib. Bununla da artıq nəzir qutusu və digər məsələlərə birdəfəlik son qoyulacaq».
Amma bu müddəa nədir, dəqiq bilən yoxdur.
«MALİYYƏ VƏ YA VERGİLƏR NAZİRLİYİ...»
Dini məsələlər üzrə ekspert Elşad Mirisə bu fikirdədir ki, qanunda nəzir qutuları ilə bağlı boşluq var. Bu da hər cür yozuma yol açır. Ona görə məsələ konkretləşdirilməlidir. Elşad Miri nəzir qutularına nəzarətin tərəfdarıdır. Bunu da Maliyyə və ya Vergilər Nazirliyi kimi rəsmi qurumlar etməlidir. Ekspert deyir ki, Türkiyədə hər məsciddəki dərnəyin ianələrlə bağlı qəbzləri olur: «Bu ciddi sənəddir və Maliyyə Nazirliyi, ya başqa rəsmi qurum ianələrlə bağlı hesabat tələb edə bilər», deyir ekspert və əlavə edir ki:
«Azərbaycanda nəzirdən vergi tutulmur deyə külli miqdarda vəsait yayınır. Belə bir mexanizmin olması labüddür».
Bu yazı "Azadlıq radiosu"nun saytına 20 iyun 2011-ci il tarixində yerləşdirilib. Yazının tam variantını buradan oxuya bilərsiniz: Bu yazı "Azadlıq radiosu"nun saytına 20 iyun 2011-ci il tarixində yerləşdirilib.