Elşad Miri kimdir?


Sayta qoyulub: 21:25 03.04.2011 [1822 dəfə oxunub]

Hərf ölçüsü:

Elşad Miri 1979-cu ilin avqust ayının 30-da Yevlax şəhərində anadan olub. 1985-1992-ci illər arasında həmin şəhərin Nizami Gəncəvi adına 7 saylı məktəbində təhsil alıb.
1992-1993-cü illərdə Ağdaş rayonunun Səməd Vurğun adına 1 saylı orta məktəbində təhsilini davam etdirib. Bu illər ərzində (1991-1993) orta məktəblə yanaşı, Qəbələ rayonunun «Ərəb dili və şəriət» məktəbi kursunu müvəffəqiyyətlə bitirib.

Daha sonra imtahanla Sumqayıt Özəl Türk İlahiyyat Kollecinə qəbul olub. 1997-ci ildə oradan məzun olub. Həmin il qəbul olduğu 5 illik Qafqaz Universitetinin ilahiyyat fakültəsini 4 ilə bitirərək (2001) Xəzər Universitetinin dini elmlər üzrə magistraturasına daxil olub. Fərqlənmə diplomu ilə məzun olandan sonra, həmin təhsil ocağında 2 il dinlər tarixi, müqayisəli dinlər tarixi kimi fənləri tədris edib. Daha sonra Qərb Universitetində 2 il müntəzəm olaraq Dinlər tarixi, İslam hüququ, İslamda ailə hüququ kimi fənləri tədris edib.

Bütün bunlarla yanaşı, 2001-ci ildən mətbuatda dini məzmunlu yazılarla çıxış etməyə başlayıb. Müxbir kimi başladığı «Ekspress» qəzetindən başqa, ölkənin müxtəlif KİV-ində elmi və publisist məqalələr və köşə yazıları qələmə alıb. 2005-2006-cı illərdə «Yeni Hikmət» qəzetinin Baş redaktoru vəzifəsində çalışıb. 2006-2007-ci illər ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Baş məsləhətçi vəzifəsində işləyib. Həmin vaxt təsis olunan «Dövlət və Din» jurnalının məsul katibi vəzifəsini yerinə yetirib. 2007-ci ildə «İrşad» İslam Araşdırmaları Mərkəzində mütəxəssis kimi fəaliyyət göstərib. 2006-cı ildə fəaliyyətə başlayan www.islam.com.azwww.din.az internet saytının təsisçisi və baş redaktorudur. 2006-cı ildən 2010-cu ilə kimi davam edən İnternyus İB-nin layihəsi əsasında çəkilən «Müasir Cəmiyyət və İslam» adlı verilişin aparıcısı olub.

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) tərəfindən çap olunmuş 4 kitabı və İran İslam Respublikasında çap olunmuş bir tərcümənin müəllifidir. Bundan başqa, tərcümə etdiyi 10-dan artıq kitab Azərbaycanda və Türkiyədə çap olunub. Səsləndirdiyi və tərcümə etdiyi 60-dan artıq sənədli film var. Bu günə kimi 300-ə yaxın elmi və publisist məqalələri çap olunub. Azərbaycanın, İranın və Türkiyənin müxtəlif qəzet, jurnal, radio və televiziya kanallarında yüzə yaxın müsahibələri olub. Amerika Birləşmiş Ştatları, Rusiya, Türkiyə, Almaniya, Avstria, İordaniya, Suriya, Səudiyyə Ərəbistanı, Gürcüstan kimi ölkələrdə olub, layihə və konfranslarda iştirak edib. Heydər Əliyev Fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) birgə layihəsi çərçəvində 4 il ölkənin müxtəlif şəhər və rayonlarında konfranslarda məruzəçi olaraq çıxışlar edib.

Hazırda aylıq nəşr olunan «Dəvət» və ayda iki dəfə çap olunan "Oxu" adlı dini-ictimai jurnalların təsisçisi və baş redaktorudur.

Ailəlidir, iki qızı və bir oğlu var.

 

Sevinc 22:48:42 19-06-2011
Uca Allah sizden razi olsun.Inshallah Allah elimli insanlarin sayini artirsin.

[Cavab]
↑ +2 ↓
Hidayat 22:53:08 16-06-2011
Assalamu aleykum. Uca Allah (c.c.) sizdən razı olsun! Biz burada Rusiyadan sizin məharətlə iştirak etdiyiniz verilişləri izləyib çox fərəh duyuruq. Maşallah... sizdə olan qabiliyyətə. Allaha şükürlər olsun. Allah pənahında saxlasın. Allah cəmi Muhamməd ümmətini hidayət eylesin! Amin! Size uğurlar diləyirik!

[Cavab]
↑ +2 ↓
Fuad 17:54:26 12-05-2011
Salam Elshad muellim.Men Haciqabul r,Rencber kendindenem,sizden vizitka aldim.Men ozum kimya muellimiyem.Sizin sohbetiniz bizim genclere boyuk ve sonsuz tohve oldu.Bizim sizden oyreneceyimiz cox nesihetler,hikmetler var.Size sonsuz enerji,Allahin xeyir-duasi ustunuzden eskik olmasin,size ugurlar
!

[Cavab]
↑ +1 ↓
Elmir 22:03:40 11-05-2011
Allah yar ve yardimcin olsun

[Cavab]
↑ +1 ↓
Pervane 11:53:49 11-05-2011
cox beyendim, sizin haqqinizda mene cox maraqli idi. dini sohbetlerinizi ve TV cixislarinizi boyuk hevesle izleyirem. ugurlar

[Cavab]
↑ -2 ↓
Hicran 22:25:50 10-05-2011
El?ad m?ellim ALLAH sizin ?? balan?z? qorusun.
G?n o g?n olsun ki siz Azerbaycanda ?slam FM ve
?slam TV tesis?isi olas?n?z. Ard? var........

[Cavab]
↑ +2 ↓
Firudin 00:59:52 23-04-2011
Allah-Teale elminize bereket versin!

[Cavab]
↑ +5 ↓
Turkan 10:41:58 21-04-2011
Ma?allah El?ad m??llim...U?urlar?n?z?n davam? bol olsun! in?aAllah...

Yax?? ki, siz vars?z...

Allah amaninda

[Cavab]
↑ +8 ↓
Ayg?n 14:34:40 20-04-2011
?nsanlari din bax?m?ndan d?zg?n m?lumatland?ran 2-ci bir adam tan?m?ram. U?urlar! Allah sizi biz? ?ox g?rm?sin! Amin!

[Cavab]
↑ +16 ↓

Səhifələr: [1]

Şərh yazmaq

Adınız:
Sizin E-ünvan:

RSS
Şərh:
Simvolları daxil edin: *
captcha
Yeniləyin