SEYYİDLƏR KİMLƏRDİR?Sayta qoyulub: 23:07 18.06.2011 [936 dəfə oxunub] SEYYİDLƏR KİMLƏRDİR?

Bu gün Azərbaycanda din adamlarına, dindarlara, din xadimlərinə xüsusi münasibət var. Bu münasibət mənfi və müsbət formada olmaq üzrə ikiyə haçalanır. Müsbət mənada qəbul edənlərin fikrinə görə, dindarlar onların əməl etmədiyi və ya edə bilmədiyi dinin atributlarını yerinə yetirdikləri üçün daha təmiz insanlardır. Mənfi mənada düşünənlər isə ya onların keçmişini, ya da dindən sadəcə olaraq pərdə kimi istifadə etdiyini düşünüb sözləri ilə əməllərinin uyğun düşmədiyini əsas götürürlər. Amma dindar olub-olmamasından asılı olmayaraq, dindəki qayda-qanunları yerinə yetirib-yetirməməsinə baxmayaraq hər kəs tərəfindən hörmət görən, «cəddi»nin «çəkisinə» görə sayğı göstərilən bir zümrə də var ki, bunlar haqqında hamı müsbət mənada rəy bildirir və ya bildirməyə cəhd göstərir. Bu təbəqə cəddlərinin «ağırlığına» görə tanınan, Peyğəmbər nəslindən olduğuna inanılan bu səbəbdən də başqalarından fərqləndiyi iddia edilən seyyidlərdir (dilimizdə bu söz hər nə qədər «seyid» yazılsa da biz sözün əslinə sadiq qalaraq bu sözü «seyyid» kimi burada yazacağıq - E.M.). Bəs görəsən, bu seyyidlər kimlərdir? Həqiqətənmi onlar nəsillərinə görə başqalarından fərqlənirlər? Doğrudanmı onlara nəzir, sədəqə vermək lazımdır? Burada qeyd edilən məsələlərə aydınlıq gətirməyə çalışacağıq.
 Davamı »

QURANI YANDIRANLAR...Sayta qoyulub: 23:56 05.04.2011 [211 dəfə oxunub] QURANI YANDIRANLAR... Almaniyanın Kansleri Angela Merkel danimarkalı karikaturaçı Kurt Westergaarda mükafat verib. Bu şəxs 2005-ci ildə çəkdiyi karikaturanı Hz.Muhəmmədlə (s) əlaqələndirərək bütün dünyada həm tanındı, həm mükafatlandırıldı, həm də varlandı. Dünyanın müxtəlif ölkələrində yaşayan müsəlmanlar isə bu karikatura hadisəsinə çox fərqli tərzdə etirazlarını bildirmişdilər. Bu etiraza etiraz edənlər də həmin karikaturaları müxtəlif KİV-lərdə dərc etdirərək reaksiyalarını nümayiş etdirmişdilər. Nə dəyişdi? Kimin xeyrinə oldu? Hansı etirazçılar qazandılar?

* Bu yazı "525-ci qəzet"in 15/09/2010 saylı tarixində nəşr olunub.
 Davamı »

Niyə «OXU»nu OXUmalıyıq? Sayta qoyulub: 23:34 05.04.2011 [206 dəfə oxunub] Niyə «OXU»nu OXUmalıyıq? “OXU”nun fəaliyyətə başlaması ilə bağlı yazılan yazı...

İlk dəfə yeni qəzet nəşr olunan kimi ənənəvi olaraq soruşulan bir neçə sual var. İlk sayımız işıq üzü görən kimi həmin suallar da gəlməyə başladı. Həmin sualların ilki qəzetin adının niyə məhz «OXU» seçilməsi idi... Bunun əsas səbib var.
 Davamı »

SİMVOLLARDAN İBARƏT OLAN İBADƏT: HƏCCSayta qoyulub: 13:25 05.04.2011 [206 dəfə oxunub] SİMVOLLARDAN İBARƏT OLAN İBADƏT: HƏCCİnsanın həyatı ana bətnindəki döllə yekunlaşmadığı kimi bu dünya ilə də məhdud deyil. Dünya axirətin tarlasıdır. Ora keçidi təmin edən bir körpüdür. Bu həyat bir imtahandır, onu qazanmaq üçün vəhyin rəhbərliyinə ehtiyac var. Vəhyin sahibi Uca Allah isə insanları Özünə qulluq etmək üçün yaratdığını bildirir. Bu qulluğun təzahürlərindən bəziləri də ibadətlərdir. Bu ibadətlər gündəlik namaz, aylıq oruc, illik zəkat və ömürlük həccdir. Hər ibadətin özünə məxsus şərtləri, mənaları, hikmətləri, qaydaları və vaxtları var. Demək olar ki, bütün ibadətlərin cəmləşdiyi ibadət isə həccdir.  Davamı »

İslamda qəbir evi və qəbristanlıqSayta qoyulub: 12:25 05.04.2011 [411 dəfə oxunub] İslamda qəbir evi və qəbristanlıq Qəbir ölən adamın torpağa basdırıldığı yerə deyilir. Ərəb dilindən dilimizə keçən bu sözün cəmi "qubur"dur.
Qəbir həyatı bir mənada Axirətin giriş qapısı və başlanğıcı sayılır. Ölən adam istər qəbirdə dəfn edilsin, istər yırtıcı heyvanlar parçalasın, istər odda yanıb külləri dağılmış olsun, istərsə də suda boğulsun, heç bir fərqi yoxdur, onun üçün qəbir həyatı başlamış olur.
 Davamı »

QURAN AYƏLİ TELEFON ZƏNGLƏRİSayta qoyulub: 12:12 05.04.2011 [249 dəfə oxunub] və «halal simkartlar» ölkəsi...

QURAN AYƏLİ TELEFON ZƏNGLƏRİ Böyük kənd halına gələn dünyamızın bizə azlıq edən sutkasından bir anlıq vaxt taparaq tanışlarla yığışıb söhbət edirdik. Hamının gündəmini təşkil etdiyi kimi bizim də söhbətimizin axarı dini məsələrə gəldi. Fikirlərimizi bölüşdük. Razılaşdığımız da oldu, razılaşmadığımız da... İmzasına və şəxsinə hörmət etdiyim həmsöhbətlərimdən birinin kinayəli bir fikrindən sonra bu haqda yazmaq qərarına gəldim. Söhbətin məğzini isə Səudiyyə Ərəbistanının din alimlərinin Quran ayələrini telefon zəngi kimi istifadə edilməsinin doğru olmaması ilə bağlı verdikləri hökm təşkil edirdi.
 Davamı »

13 RƏQƏMİ QORXUSUSayta qoyulub: 12:02 05.04.2011 [343 dəfə oxunub] 13 RƏQƏMİ QORXUSU Əsasən xristianlığın katolik məzhəbinə mənsub olan insanların 13 rəqəmi qorxusu səbəbi ilə qapıların heç birində 13 sayısı işlədilmir, göydələn və liftlərdə 13-cü mərtəbə yoxdur. Xüsusilə də böyük şəhər mərkəzlərində hər şey 12-dən 14-ə keçir. Maşın nömrələrində 13 heç bir rayonu bildirmir. 13 rəqəmi nəyə görə qorxuludur və bu nə ilə bağlıdır?  Davamı »

Birlik və bərabərliyin simvolu: Həzrəti MUHƏMMƏD (s)Sayta qoyulub: 15:57 04.04.2011 [191 dəfə oxunub] Birlik və bərabərliyin simvolu: Həzrəti MUHƏMMƏD (s)Dünya dinlərarası dialoq və mədəniyyətlərin qarşıdurmasından danışır, biz isə müxtəlif məzhəblərdən. Bəyənmədiyimiz Qərbin gündəmində qloballaşma var, bizim gündəmimizdə isə hansı məzhəbin doğru olması. Xoşlamadığımız, səhv yolda olduğuna inandığımız insanlar kosmosa gedir, biz namazda ayaqların arasının neçə barmaq olduğunu müzakirə edirik. Allaha inanmayanlar pilotsuz təyyarələrlə körpələri bombardman edir, biz isə hələ də hansısa canlının harasındasa Allah sözünün yazıldığını axtarırıq. Dünya kosmosda stansiyalar qurmaqdan danışır, bizlər isə hələ də məzhəblərarası təəssübkeşliyi necə aradan qaldıracağımızdan.  Davamı »