 |
“İslamda ayətullah institut yoxdur”Sayta qoyulub: 02:20 01.12.2011 [320 dəfə oxunub]

İlahiyyatçı ekspert hesab edir ki, İran ayətullahlarının çıxardıqları ölüm fətvalarının heç bir dini əsası ola bilməz
İslam dininin ümumi fəlsəfəsində humanizm durur. Dinimizin ilahi kitabı olan Qurani Kərim də insanları mənəviyyata, yaxşı əməllərə və humanizmə səsləyir. Bu səmavi kitabda Allah bağışlayan bir yaradıcı kimi təqdim olunur. Burada Allahın adlarından biri də Rəhman kimi təqdim olunur. Amma bütün bunlara baxmayaraq, İslamdan cəza mexanizmi kimi istifadə edənlər də var. Dindən öz siyasi məqsədləri üçün yararlananlar da az deyil. Tez-tez din təmsilçisi kimi çıxış edən şəxslər digərlərinin haqqında müxtəlif fətvalar verirlər. Xüsusilə də, yaxın qonşumuz olan İran İslam Respublikasının ayətullahların tez-tez müxtəlif insanların haqqında ölüm fətvası çıxardıqlarının şahidi oluruq. İran ayətullahılarından biri 2006-cı ildə azərbaycanlı yazıçı Rafiq Tağının haqqında da belə bir fətva vermişdi. Bu günlərdə isə yazıçı naməlum şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirildi. Müsahibimiz ilahiyyatçı Elşad Miri ilə söhbətimizdə islamda ayətullah institutu, din adından ölüm fətvalarının verilməsinin İslam prinsiplərinə nə dərəcədə uyğun olması kimi məsələlərə toxunduq.
Davamı »
|
«Məqsəd dini icmaların xarici ölkələrdən maliyyələşməsinin qarşısını almaqdır»Sayta qoyulub: 19:28 17.06.2011 [177 dəfə oxunub]
Dinşünas Elşad Miri «Dini etiqad azadlığı haqqında» qanuna əlavə və dəyişiklikləri bununla əlaqələndirir
Ötən həftə Milli Məclis «Dini etiqad azadlığı haqqında» qanuna əlavə və dəyişikliklər etdi. Dəyişikliklərə əsasən, dini icmaların fəaliyyətinə bir sıra yeniliklər nəzərdə tutulur. Məsələn, bundan sonra dini icmaların qeydiyyatı üçün şərtlər bir qədər sərtləşdiriləcək. Dini qurumların Qafqaz Müsəlmanları İdarəsi qarşısında hesabat vermələri də nəzərdə tutulur. Bu qanunun ziyarətgahlardakı nəzir qutularının fəaliyyətinə nəzarət edilməsi baxımından da əhəmiyyətə malik olacağı barədə fikirlər var. Ümumiyyətlə, qanuna edilən əlavə və dəyişikliklər bəzi məsələlərin aydınlaşdırılmasını da tələb edir. Biz də qanuna edilən əlavə və dəyişikliklərlə bağlı suallarımızı dinşünas Elşad Miriyə ünvanladıq.
Bu yazı "Kaspi" qəzetinin 14 iyun 2011-ci il tarixli sayında dərc olunub.
Davamı »
|
Ən bahalı Həcc ziyarəti Azərbaycanda təşkil olunur Sayta qoyulub: 23:38 16.06.2011 [543 dəfə oxunub]
Qafqaz Müsəlmanları İdarəsinin qiymətləri yüksək, təşkilatçılığı isə bərbaddır Elşad Miri: «Adını da belə qoyurlar ki, guya həcc ziyarətinə gedənlər çətinlik çəkməlidir»
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 2011-ci ilin Həcc ziyarəti ilə əlaqədar sənəd qəbulunun başladığını elan edib. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, QMİ Həcc ziyarəti ilə bağlı müqəddəs Məkkə və Mədinə şəhərlərinə səfərləri Səudiyyə Ərəbistanının Həcc Nazirliyi ilə imzalanmış protokol əsasında həyata keçirir.
Bu il nəzərdə tutulan kvotaya uyğun olaraq Azərbaycandan Həcc ziyarətinə 2000 nəfər zəvvar avtobuslarla və təyyarələrlə yola düşəcək. Ziyarət üçün sənəd qəbulu sentyabr ayının ortalarınadək davam edəcək.
Bu yazı "Bizim Yol" qəzetinin 8 iyun 2011-ci il tarixli sayında dərc olunub.
Davamı »
|
Qusarda alışqan və saqqal məsələsiSayta qoyulub: 16:55 26.05.2011 [461 dəfə oxunub]
«Şöbəyə apardılar, orda saqqalımı «zajiqalka»yla yandırdılar, ağızlarına gələni dedilər». Qusar rayon sakini Zaur Hacıağayev deyir ki, bəzi kəndlərdə saqqal saxlayan dindarlara təzyiqlər artıb. Deməsinə görə, belə dindarları rayon polis şöbəsinə aparırlar, onlarla təhqiredici şəkildə davranırlar, saqqallarını əvvəl yandırırlar, sonra isə qırxırlar.
"Azadlıq" radiosu
Davamı »
|
YENI PASPORT HİCAB PROBLEMİNİ ARADAN QALDIRACAQMI?Sayta qoyulub: 19:02 13.05.2011 [272 dəfə oxunub]

BMT üzvü olan dövlətlər 2012-ci ilə qədər biometrik pasportların verilməsi prosesinə başlamalıdır. Azərbaycanda da biometrik pasportların istifadəsinə qərar verilib. Dövlət başçısı İlham Əliyev fevralın 15-də “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin hazırlanması haqqında” sərəncam imzalayıb. Həmin sərəncama görə, Nazirlər Kabineti üç ay müddətində elektron daşıyıcısı (çip) olan vətəndaşın şəxsiyyət vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini hazırlayıb prezidentə təqdim etməlidir. Bəs görəsən, biometrik pasportların istifadəyə verilməsi hicablı qadınların şəxsiyyət vəsiqəsi, xarici pasport alanda qarşılaşdığı problemi aradan qaldıracaqmı?
Bu yazı "Mediaforum" saytına 13 may 2011-ci il tarixində yerləşdirilib.
Davamı »
|
Doğulmadan öldürülənlər...Sayta qoyulub: 17:48 13.05.2011 [315 dəfə oxunub]
 Ötən il ölkədə 26 min 801 abort hadisəsi qeydə alınıb
Ötən il ölkədə 26 min 801 abort hadisəsi reallaşıb. Bunun də nəticəsində doğulan uşaqlar içərisində qızların sayında azalma var. Ana olmaq kimi müqəddəs hissi dəyərləndirməyənlər dünyaya gəlməyə hazırlaşan körpəsinin həyatına son qoymaqdan çəkinmirlər. Bu addımı planlaşdırılmamış hamiləlik adı altında həyata keçirib, özlərinə təsəlli verirlər.
Bu yazı "Ekspress" qəzetinin 13 may 2011-ci il tarixli sayında dərc olunub.
Davamı »
|
Bakıda Bin Ladenə yas tutulacaq?Sayta qoyulub: 14:18 10.05.2011 [294 dəfə oxunub]
Elşad Miri: «Onun terror qurbanları içində bizim də yaxınlarımız ola bilərdi, hansı adla bu şəxsə yas tutulmalıdır?»
“Əl-Qaidə” lideri Bin Laden ətrafındakı söz-söhbət, sağlığında olduğu kimi, ölümündən sonra da aktuallığını saxlayır. Bu mənada Iranın xəbər portalları ağlasığmaz bir informasiya yayıb. Xəbərdə bildirilir ki, Bakı kənarında yerləşən bağların birində mayın 8-i tarixində yas mərasimi keçiriləcək. Iranın “Arrannyus” agentliyi bildirib ki, Bin Laden kimi terrorçunun öldürülməsi xəbərini dünya sevinclə qarşılasa da, bu hadisədən qəm-qüssəyə batanlar da olub, hətta bəzi yerlərdə terrorçuya cənazə namazı da qılınıb.
Bu yazı "Azadlıq" qəzetinin 07 may 2011-ci il tarixli sayında dərc olunub.
Davamı »
|
"Demokratiya cəmiyyətin siyasi təşkili formasıdır" Sayta qoyulub: 15:54 16.04.2011 [273 dəfə oxunub]
Elşad Miri: "Din isə insanın həm bu dünya, həm də o dünyasını, yəni axirətini formalaşdıran bir anlayışdır"
Avropada çoxmədəniyyətlilik problemi mövcuddur. Bu gün irqçilik, ksenofobiya və diskriminasiya kimi cərəyanlar hələ də Avropada davam edir. Milli azlıqlar qəzəbli ifadələrə, zorakılıqlara və əsasən də əmək sahələri olmaqla, sistematik diskriminasiyaya tuş gəlirlər. AŞPA-nın insan haqları üzrə komissarı Tomas Hammarberqin fikrincə, bu sahədəki siyasi və bəşəri məğlubiyyətin daha dərin səbəblərini tapmaq və analiz etmək çox vacibdir: "Bizim bu sahədə mücadilə aparmağımız Avropanın gələcəyi üçün uğurlu nəticələr verəcək". Sosial əlaqələrin və iqtisadi inkişafın milli kimliyə dair tutarlı konsepsiyanın əmələ gəlməsində yardımçı olduğunu xatırladan komissar plüralizm, ədalət və hamı üçün bərabər şanslar üzərində qurulmuş inteqrasiyanı daha da asanlaşdıran siyasi konsepsiyaların tərtibini bir daha tövsiyə edir. Bəs dində bu məsələ Azərbaycanda özünü necə göstərir? Suallarımızı ilahiyyatçı-ekspert Elşad Miri cavablandırdı.
Bu müsahibə "Xalq Cəbhəsi" qəzetinin 15 aprel 2011-ci il tarixli sayının 10-cu səhifəsində dərc olunub.
Davamı »
|
DİN VƏ AİDS (QİÇS)Sayta qoyulub: 11:36 05.04.2011 [179 dəfə oxunub]
Hər il milyonlarla insanın ölümü ilə nəticələnən HİV/AİDS (QİÇS) epidemiyası müxtəlif ölkələrin iqtisadi inkişafına da dağıdıcı təsirlər göstərir. Verilən statistik məlumatlara görə, ötən 20 ildən artıq müddət ərzində dünyada bu bəladan 20 milyondan çox insan həlak olub və hazırda 44 milyon insan da bu virusun daşıyıcısıdır. Artıq qlobal bir bəlaya çevrilən bu virusa ölkəmizdə yaxalananların sayında da artım müşahidə olunur. Bunun qarşısını almaq üçün dünyanın müxtəlif beynəlxalq təşkilatları səfərbər olsa da, maarifləndirmə işinin hərtərəfli aparılması zərurəti özünü açıq şəkildə hiss etdirir. Biz də bu məqsədlə dinin bu bəlanın qarşısını almaqdakı məqsədini öyrənmək üçün Dini Ekspertlər Şurasının üzvü, Qərb Universitetinin ilahiyyatçı müəllimi Elşad Miriyə müraciət etdik.
Davamı »
|
|