Öldürülmüş yazıçı Rafiq Tağı haqqında...Sayta qoyulub: 00:51 01.12.2011 [489 dəfə oxunub] Öldürülmüş yazıçı Rafiq Tağı haqqında... “Mən burada tərəf görmürəm və inanmıram ki, Rafıq Tağı özü də hansısa tərəfi təmsil edirdi”

İlahiyyatçı Elşad Miri öldürülmüş yazıçı Rafiq Tağını yaxından tanıdığını, vaxtilə onunla birgə çalışdığını deyir.

“Media forum” saytına danışan ilahiyyatçı qeyd edib ki, yazıçıya qəsddə ehtimallar irəli sürüb hansısa tərəfi, xüsusilə də dindarları günahlandırmaq düz deyil: “Rafiq Tağı Məhəmməd peyğəmbərdən tənqid yazanda da, həbs olunanda da, azadlığa buraxılanda da onun haqqında heç bir məqalə vermədim. Çünki hesab etdim ki, onun dedikləri bir fikirdir. Belə fikirlərlə yalnız əməli işdə mübarizə apara bilərik. Onun fikirlərinin doğru olmadığını göstərməkdən ötrü Məhəmməd peyğəmbər haqqında hazırladığım üç kitabın təqdimatını elədim.
 Davamı »

QMİ-nin Həcc məsələsinə ortaqlar meydana çıxıbSayta qoyulub: 14:34 23.06.2011 [674 dəfə oxunub] QMİ-nin Həcc məsələsinə ortaqlar meydana çıxıb Həcc ziyarətinin təşkilində İsrailin turizm şirkətinin də iştirak edəcəyi xəbərləri ölkə müsəlmanları arasında təəccüblə qarşılanır. Verilən xəbərlərə görə, İsrailin "Elita VİR Tur" turizm şirkəti Bakıda iki yerli turizm şirkəti ilə israildəki müqəddəs məkanlara ziyarətin təşkilinə dair müqavilə bağlayıb. Şirkət Azərbaycanın müsəlman əhalisinə İsraildəki müqəddəs yerlərə səfər etməyi və İsrail ərazisindən Səudiyyə Ərəbistanına keçməklə ziyarətlərini Məkkədə başa vurmağı təklif edir. Şirkətin rəhbəri Şmuel Rahman belə bir ifadə də işlədib ki, "Böyük Həcc" İsraildəki müqəddəs məkanları ziyarət etmədən natamam sayılır. Şirkət rəhbəri zəvvarları İsraildə qarşılayıb, Məkkəyə yola salacaq tərəfdaşlarının olduğunu da deyib.

Bu yazı "Şərq" qəzetinin 23 iyun 2011-ci il tarixli sayında dərc olunub.
 Davamı »

Nəzir qutuları yığılır, ya yox?Sayta qoyulub: 12:31 22.06.2011 [378 dəfə oxunub] Nəzir qutuları yığılır, ya yox? Bu günlərdə «Dini etiqad azadlığı haqda qanuna» dəyişikliklər edildi. Parlamentin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova deyib ki, nəzirlərə nəzarətlə bağlı qanuna müddəa əlavə edilib:

«Bu ayırmalar üzərində nəzarətin olması, bu maliyyə vəsaitinin hara getməsinə əlaqədar olaraq bu müddəa daxil edilib. Bununla da artıq nəzir qutusu və digər məsələlərə birdəfəlik son qoyulacaq».

Amma bu müddəa nədir, dəqiq bilən yoxdur.

«MALİYYƏ VƏ YA VERGİLƏR NAZİRLİYİ...»

Dini məsələlər üzrə ekspert Elşad Mirisə bu fikirdədir ki, qanunda nəzir qutuları ilə bağlı boşluq var. Bu da hər cür yozuma yol açır.

Bu yazı "Azadlıq radiosu"nun saytına 20 iyun 2011-ci il tarixində yerləşdirilib. Yazının tam variantını buradan oxuya bilərsiniz: Bu yazı "Azadlıq radiosu"nun saytına 20 iyun 2011-ci il tarixində yerləşdirilib.
 Davamı »

«Yahova şahidləri» icması niyə qeydiyyata alınmır?Sayta qoyulub: 19:40 18.06.2011 [698 dəfə oxunub] «Yahova şahidləri» icması niyə qeydiyyata alınmır? Bu həftənin əvvəli Gəncədə «Yahova şahidləri» adlı dini icmanın üzvlərini polis saxlayıb. Bir müddət sonra onlar sərbəst buraxılıblar. Səbəb kimi onların qanunsuz dini mərasim keçirməsi göstərilib.

Mərasimdə 37 nəfəri öz evində qonaq edən «Yahova şahidi» icmasının üzvü Yeganə Qəhrəmanova deyir ki, qanuni fəaliyyət göstərmək üçün sənədlərini dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim ediblər. Amma qeydiyyatlarından imtina edilir. Yeganə Qəhrəmanova düşünür ki, onların hüquqları pozulur.

Bu yazı "Azadlıq radiosu"nun saytına 17 iyun 2011-ci il tarixində yerləşdirilib.
 Davamı »

Azərbaycanda peyğəmbərin doğum gününü bilmirlər...Sayta qoyulub: 16:25 16.04.2011 [313 dəfə oxunub] Azərbaycanda peyğəmbərin doğum gününü bilmirlər... Qonşu ölkələrdə isə bu təqvimdə müsəlmanlar bir həftə bayram edirlər

Hər il Milad tarixi ilə aprel ayının 14-dən 20-dək dünya müsəlmanları Məhəmməd peyğəmbərin mövludunu - doğum gününü qeyd edir. Hətta bu məqsədlə Türkiyənin ölkəmizdəki səfirliyi geniş tədbir keçirməyi planlayıb. Azərbaycanda isə vətəndaşların az qala 99 faizi müsəlman olsa da, onların heç 1 faizi Məhəmməd peyğəmbərin mövludu barədə heç nə bilmir. Bunun günahı kimdədir: insanların öz dininə və müqəddəslərinə biganəliyindəmi, uzun illər sovet imperiyasının sistemli şəkildə həyata keçirdiyi allahsızlaşdırma siyasətindəmi, yoxsa ümumiyyətlə, bayramlar keçirmək arzusunda olmamağımızda?

Bu müsahibə "Həftə içi" qəzetinin 16 aprel 2011-ci il tarixli sayında dərc olunub.
 Davamı »

Mehriban xanım Əliyevanın çıxışı dindarlar tərəfindən razılıqla qarşılanıbSayta qoyulub: 18:03 09.04.2011 [358 dəfə oxunub] Mehriban xanım Əliyevanın çıxışı dindarlar tərəfindən razılıqla qarşılanıb Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Qadınlar: Mədəniyyətlərarası Dialoqun Əsas Təmsilçiləri” sessiyasında çıxışı zamanı Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun vəİSESKO-nunxoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva ABŞ-da bir keşişin nümayişkaranə surətdə müqəddəs Qurani-Kərimi yandırması faktına münasibət bildirib. Mehriban xanım Əliyeva deyib ki, bəzi qüvvələr insanların müqəddəs hissləri ilə oynayırlar.  Davamı »

«Gülüş günü», yoxsa «Axmaqların bayramı»Sayta qoyulub: 12:22 06.04.2011 [229 dəfə oxunub] «Gülüş günü», yoxsa «Axmaqların bayramı» "Üç nöqtə" qəzetinin aprel ayının 1-i ilə bağlı hazırladığı yazı...

Aprelin 1-i barədə nə bilirik?
Amerika qanunlarına görə, kütləvi informasiya vasitələri 1 aprellə bağlı zarafat edərkən, oxucuları xəbərdar etməlidirlər. Bu, bir qədər əndrabadi qadağa olsa və onun Azərbaycana heç bir dəxli olmasa da, biz hər halda ilin-günün bu vaxtı oxucularımızın hisləri ilə oynamaq istəmirik.
 Davamı »

AZƏRBAYCANDA QADIN OLMAQSayta qoyulub: 03:11 05.04.2011 [210 dəfə oxunub] AZƏRBAYCANDA QADIN OLMAQ Kulis internet dərgisi “Neytral zona” lahiyəsini təqdim edir. Lahiyədə mühüm ictimai problemlər iki ekspertin köməyi ilə müzakirə edilir.

İlk mövzumuz qadındır. Azərbaycanda qadın olmağın nə çətinlikləri var? İslam dinin qadına baxışı nə dərəcədə aktualdır? Qadınlara yönəlik şiddət, təhqiramiz münasibət nəylə bağlıdır? Bütün bu məsələləri Qadın Krizin Mərkəzinin rəhbəri Mətanət Əzizova və ilahiyyatçı Elşad Miri ilə müzakirə edəcəyik.
 Davamı »